Məfatihul Cinan

9.7 1

v1.0.0 by Ali saedi

Məfatihul Cinan アプリダウンロード Məfatihul Cinan アプリダウンロード
APKFabストアから無料でダウンロード
リージョンフリー / APK/XAPKインストール

Məfatihul Cinanの詳細

Ali saediからリリースされた『Məfatihul Cinan』は書籍&参考書アプリだ。apkfab.com/jpから『Məfatihul Cinan』のファイルサイズ(APKサイズ):4.98 MB、スクリーンショット、詳細情報などを確認できる。apkfab.com/jpではAli saediより配信したアプリを簡単に検索して見つけることができる。『Məfatihul Cinan』に似ているアプリや類似アプリは15個を見つける。現在、Məfatihul Cinan appのダウンロードも基本プレイも無料だ。『Məfatihul Cinan』のAndroid要件はAndroid 1.6+なので、ご注意ください。APKFabあるいはGooglePlayから『Məfatihul Cinan apk』の最新バージョンを高速、安全にダウンロードできる。APKFab.com/jpでは全てのAPK/XAPKファイルがオリジナルなものなので、高速、安全にダウンロードできる。
Bismillahir rəhmanir rəhim
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ
Və Rəbbiniz buyurur: “Siz dua edin, diləyin biz də dualarınızı qəbul edək. (Ğafir. 60)
Bütün varlığın əvvəli olan Allaha həmd-səna olsun! Ondan əvvəl heç bir varlıq olmayıb və O, varlığın əvvəli və sonudur. O, gözlərə görünməyən və insan təfəkkürü ilə vəsf olunmayan Allahdır. Allah-taala qüdrəti ilə məxluqatı xəlq etdi və onları Öz iradəsinə əsasən yaratdı. Sonra bütün yaranışı Öz iradəsi yoluna hidayət etdi və Öz eşq və məhəbbətinin seyrgahına doğru yönəltdi.
Varlıq aləmindəki mövcudlar Allahın onlar üçün təyin etdiyi məhduddan çıxmağa qadir deyillər. Onların hər biri üçün Allahın lütfündən qaynaqlanan ruzi vardır. Allah-taala hər kəsə firavan ruzi verərsə, heç kəs onu azalda bilməz; hər kəsə az ruzi qismət edərsə, heç kəs onu çoxalda bilməz. Allah-taala hər bir mövcud həyatını müəyyən zamanda təyin etmiş və onun üçün son an qərar vermişdir; ömrün ötüb keçən günləri ilə həmin son ana sarı irəliləyir və ömrün illəri ilə ona yaxınlaşır. Elə ki, ömrünün son anına yetişdi və həyat kasası dolub daşdı, Allah onun canını alır. Sonra insanı son məqsədə sarı, yəni çoxlu savaba, ya dərdli əzaba doğru yola salır, təki Allahın ədalət məhkəməsi ilə pis əməl sahibləri cəzalansın və yaxşı əməl sahibləri mükafatlansınlar.
Onun adları pak və nemətdən arasıkəsilməzdir. Heç kəs Ondan etdiyi işə görə sual-cavab etməz. Amma hamı onun məhkəməsindən keçməlidir.
Bütün işlərin açarı əlində olan böyük Allah sitayişə layiqdir. Ona təvəkkül etməklə hər bir çətinlik aradan gedir.
Doğrudan da dua böyük bir fəzilətə malikdir. Dua möminin silahıdır və insanı bəlalardan qoruyur. Dua insan hacətlərinin qəbuluna, arzu-istəklərin həyata keçməsinə səbəb olur. Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Qələbə və xoşbəxtliyin açarı duadır. Ən yaxşı dua pak və təqvalı qəlbdən gələn duadır.”
İmam Cəfəri Sadiq (ə) buyurub: “Dua, “sabit taleyi” möhkəmləşəndən sonra belə dəyişdirir. Belə isə çox dua edin! Dua hər bir rəhmətin açarı və hər bir hacətin rəva olmasına səbəbdir. Allahın yanında olana yalnız dua ilə çatmaq mümkündür. Bəli, əgər qapını çox döysən, tez üzünə açılar.”
Həmçinin İmam Sadiq (ə) buyurub: “Bəndə dua edərkən Allah-taala onun nə istədiyini yaxşı bilir. Amma O istəyir ki, hacətlər Ona təqdim olunsun. Buna görə də dua edərkən hacətini, istəyini dilə gətir və ondan ad apar. Allah-taala bəndəsinin Ondan öz hacətini diləməsini hər şeydən çox istəyir.”
İmam Sadiq (ə) yenə də buyurur: “Dua edin! Çünki dua hər bir dərdin dərmanıdır. Dua edəndə belə fikirləş ki, hacətin qapının dalındadır.”
Əziz oxucular, mömin bacı və qardaşlar!
Əlinizdə olan bu kitabın adı “Məfatihul-cinan”, yəni cənnətlərin açarlarıdır. Geniş dua və ziyarətnamələr toplusuna malik bir kitabdır.
Kitab - giriş, üç bölmə və bir sonluqdan ibarətdir:
Giriş – burada dua və namazlarda daha çox istifadə olunan ayə və surələr, məhz dua edən bəndələrin və zəvvarların rahatlığını nəzərə alıb gətirilmişdir.
Birinci bölmə: gündəlik namazların təqibatı, həftənin günlərinin duaları, cümə günü və gecəsinin əməlləri, imamların və məşhur səhabələrin namazları, tanınmış və çox istifadə olunan dualar, məs: Kumeyl, Təvəssül, Səbah, Simat, Mücir, Cövşən Kəbir və s. Məsumların hirzləri və məşhur “Xəmsə əşərə” münacatından ibarətdir.
İkinci bölmə: ayların, xüsusilə Rəcəb, Şəban və Ramazan aylarının dua və əməlləri, onların fəzilətləri, Novruz bayramının və rum aylarının əməllərindən ibarətdir.
Üçüncü bölmə: səfərə çıxamağın ədəb və qaydaları, Rəsuli Əkrəmin və başqa məsumların ziyarətnamələrindən ibarətdir.
Sonluq: İlahi peyğəmbərlərin, imamzadələrin və mömin bəndələrin ziyarətnamələrində ibarətdir.
Bundan sonra kitaba iki dəfə əlavələr olunmuşdur. Hər bir əlavə özü müxtəlif mövzulu fəsillərdən təşkil olunmuşdur.
Axırda isə müəllifin “Əl baqiyatus salihat” adlı kitabı ilə son verilmişdir. Bu kitab da
Bu kitabdan faydalanmış bütün mömin bəndələrdən, onun hazırlanmasinda əməyi olmuş insanları dua etmələrini rica edirəm.
続きを読む
Məfatihul Cinan 特徴
バージョン履歴 もっと見る
Məfatihul Cinan
Məfatihul Cinan 1.0.0 APK
2015年08月29日 4.98 MB

Requires Android: Android 1.6+

Screen DPI: 160dpi

SHA1: 5007fc57521d9de57becfc4c964eb3f82302852f

Size: 4.98 MB

追加情報

パケージ名:

com.dijlah.mafatih_azari

更新日:

最新バージョン:

1.0.0

バージョンアップ申請:

最新版提出

Android要件:

Android 1.6+